XƏBƏRLƏR
MƏLUMAT
“She knows the law, she owns her future” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/03/2025 16:29

ADA Universitetinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “She leads” layihəsi çərçivəsində “She knows the law, she owns her future” adlı tədbir keçirilib.

Tədbir zamanı hüquq ekspertləri və qadın hüquqları sahəsində fəaliyyət göstərən şəxslər çıxış edərək, qızların hüquqi biliklərinin artırılması mövzusunda diskussiyalar aparıblar. Daha sonra kitabxana tərəfindən “Bir qıza bir kitab” kompaniyası çərçivəsində kitablar hədiyyə edilib.

Qeyd edək ki, “She Leads” sosial məsuliyyət layihəsi olaraq ADA Universitetində keçirilən “Hacı Zeynalabdin Tağıyev” mükafatları müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi dağlıq rayonlarda yaşayan məktəb yaşlı qızlara hüquqi maarifləndirmə təlimləri keçmək, onların erkən nikah və hüquqlarının pozulması ilə bağlı məlumatlılığını artırmaqdır.

Baxış sayı: 66