XƏBƏRLƏR
MƏLUMAT
Şarl Perronun “Qırmızıpapaq” nağılı əsasında hazırlanmış tamaşanın premyerası keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
11/11/2021 07:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Şarl Perronun “Qırmızıpapaq” nağılı əsasında hazırlanmış tamaşanın premyerasını keçirəcək.

Premyera noyabrın 13-də Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayında baş tutacaq.

Tamaşanın müəllif və rejissoru İlhamə Əhmədovadır. 

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf  Hüseynli, rəqslərin quruluşu isə Könül Şahbazovaya məxsusdur.

“Qırmızıpapaq” nağılı əsasında hazırlanmış tamaşa 5-10 yaşlı məktəblilər üçün nəzərdə tutulub.

Baxış sayı: 513