XƏBƏRLƏR
MƏLUMAT
“Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2025 16:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal  rayon  Heydər  Əliyev  Mərkəzində 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri  Gününə həsr olunmuş “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, müharibə veteranları, qazilər,  Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim və kursantları, digər qonaqlar iştirak ediblər.

Qonaqlar Mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər 26 iyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, ordumuzun  keçdiyi şanlı və şərəfli yoldan danışıblar. Qeyd ediblər ki, müasir Azərbaycan ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi bugünkü müzəffər Azərbaycan Ordusunun təməlini qoyub.

Tədbirdə  şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, silahlı qüvvələrimizin misilsiz rəşadətindən, xalqımızın mübarizliyindən və gənclərin vətənpərvər ruhda böyüməsinin vacibliyindən bəhs edilib.

Daha sonra 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş film nümayiş olunub.

Sonda qonaqlara 26 iyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirin təşkil edilməsində dəstəyə görə  təşəkkürnamə təqdim edilib.

 

 

Baxış sayı: 30