XƏBƏRLƏR
MƏLUMAT
"Şanlı və Qanlı tariximiz" adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2025 11:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş "Şanlı və Qanlı tariximiz" adlı dəyirmi masa keçirilib.

İlk olaraq 20 Yanvar faciəsinin  və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada 20 Yanvar hadisələrinin tariximizdəki əhəmiyyətindən və xalqımızın qəhrəmanlıq mübarizəsindən danışılıb.

Daha sonra həmin dövrün iştirakçısı, faciənin canlı şahidi çıxış edərək həmin gecənin dəhşətlərindən bəhs edib, xalqın birliyi və azadlıq ruhunun necə güclü olduğunu vurğulayıb.

Sonda faciəni əks etirən videoçarx təqdim edilib.

Baxış sayı: 57