XƏBƏRLƏR
MƏLUMAT
“Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/07/2025 10:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və Şəhid Ailələrini Müdafiə Cəmiyyəti Suraxanı rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, şəhid ailələri, qazilər, veteranlar,  idarə və təşkilatların əməkdaşları  iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra Ümummilli Liderə həsr olunmuş “Dahi şəxsiyyət” adlı film nümayiş olunub.

Çıxışçılar 14 iyul 1969-cu ildə xalqımızın taleyində yeni bir mərhələnin başladığını qeyd ediblər. Bildiriblər ki, Heydər Əliyevin 1969-cu ildən başlayan fəaliyyətinin izləri bu gün də müstəqil Azərbaycanın hər addımında hiss olunur. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirir.

Tədbirdə fotoqraf, müharibə veteranı Mirələsgər Seyidovun Heydər Əliyevin Naxçıvanda fəaliyyəti dövründə çəkdiyi fotolardan ibarət slayd nümayiş olunub.

Sonda qonaqlar Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiyaya baxış keçiriblər.

Baxış sayı: 44