XƏBƏRLƏR
MƏLUMAT
Şair Telman Axıncının “Nə yaxşı ki...” kitabının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/09/2024 10:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli kitabxana filialında şair Telman Axıncının “Nə yaxşı ki...” kitabının təqdimatı keçirilib.

Tədbirdə ədiblər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Telman Axıncının həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, “Nə yaxşı ki” kitabı şairin oxuculara təqdim etdiyi üçüncü kitabıdır və kitab əsasən vətənpərvərlik mövzusunda şeirlərdən ibarətdir.

Sonra çıxış edənlər şairi təbrik edərək, şeirlərindən səsləndiriblər.

Baxış sayı: 95