XƏBƏRLƏR
MƏLUMAT
Şair Aynur Qafarlı ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/02/2025 11:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xocəsən qəsəbə klubunun və “Yayım Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aynur Qafarlı ilə görüş keçirilib.

Tədbirdə yazıçılar, mədəniyyət işçiləri, 103 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra Aynur Qafarlı haqqında videoçarx nümayiş olunub, qələm yoldaşları onun yaradıcılığı barədə danışıblar. Bildiriblər ki, şairin yaradıcılığı bədii düşüncə, müxtəlif motivli mövzu rəngarəngliyi, orjinallığı ilə duyulur.

Görüşdə şagirdlərin ifasında şairin şeirlərindən ibarət musiqili kompozisiya təqdim edilib, iştirakçıların sualları cavablandırılıb.

Baxış sayı: 130