XƏBƏRLƏR
MƏLUMAT
Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/06/2025 16:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib.

Tədbir Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında baş tutub.

Konsertdə şagirdlər Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi və Azərbaycan Dövlət Kamera Orkestrinin müşaiyəti ilə Azərbaycan və xarici bəstəkarların əsərlərini təqdim ediblər.

Baxış sayı: 67