XƏBƏRLƏR
MƏLUMAT
Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
28/05/2024 11:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbi 28 May – Müstəqillik Gününə həsr olunmuş hesabat konserti keçirib.

Azərbaycan Milli Konservatoriyasında keçirilən konsertdə mədəniyyət işçiləri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsertdə məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

Baxış sayı: 330