XƏBƏRLƏR
MƏLUMAT
Ş.Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbi hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
20/05/2025 12:29

Mayın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Ş.Ələkbərova adına 20 nömrəli Musiqi Məktəbi Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş hesabat konserti təqdim edib.

Konsertdən öncə bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş məruzə dinlənilib.

Konsetdə məkəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Ü.Hacıbəylinin əsərlərindən ibarət solo və ansambl nömrələrlə çıxış ediblər.

Sonda məktəbin Xalq Çalğı Alətləri Orkestri, violin ansamblı və birləşmiş xorun ifasında “Şəbi-hicran” xoru və “Cəngi” əsəri ilə konsert başa çatıb.

Baxış sayı: 34