XƏBƏRLƏR
MƏLUMAT
Sevilən estrada müğənnisi Elçin Cəfərovla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/06/2024 18:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində H.Abbasov adına Mədəniyyət Mərkəzində sevilən estrada müğənnisi Elçin Cəfərovla görüş keçirilib.

Aparıcı müğənnini səhnəyə dəvət edərək onun haqqında məlumat verib.

Görüşdə “Aysel” rəqs qrupunun müşayiəti ilə hit mahnılarını səsləndirən Elçin Cəfərov qonaqlara  xoş anlar yaşadıb. Daha sonra tamaşaçıların ona ünvanlandıqları sualları cavablandırıb.

Baxış sayı: 272