XƏBƏRLƏR
MƏLUMAT
"Sevgi şimşəyi" adlı tamaşa təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
16/02/2024 17:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı Qazax Dövlət Dram Teatrının dəvəti ilə Qazax rayonunda qastrol səfərində olub.

Səfər zamanı "Sevgi şimşəyi"  adlı  tamaşa təqdim edilib. Komediya janrında hazırlanan və gənclər üçün nəzərdə tutulan tamaşada hadisələr bir sevgi hekayəsi üzərində qurulsa da əslində burada cəmiyyətdə (ailələrdə) yaşanan aktual problemlər, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar, bu münasibətlərin ailədə şəxsiyyətin formalaşmasına təsiri önə çəkilib.

Tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti İntiqam Soltandır.

Tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb, rolları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalət Ağaverdiyev ifa ediblər.

Baxış sayı: 275