XƏBƏRLƏR
MƏLUMAT
"Sevgi dili" filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/10/2022 00:35

Oktyabrın 18-də Mərdəkan Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında türk sənətçi Özgür Akçayın və  Bakı Uşaq Gənclər Teatrının aktyorlarının  ifasında kompozisiya, daha sonra isə Türkiyə Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanmış "Sevgi dili" filmi nümayiş olunub.

İlk öncə layihənin rəhbəri Özgür Akçay yaradılan şəraitə görə Baş İdarənin rəhbərliyinə öz təşəkkürünü bildirib, ardınca film haqqında tamaşaçılara qısa məlumat verib.

Sonra Bakı Uşaq Gənclər Teatrın aktyorları Mehman Piriyev İ. Nəsiminin “Etməgil”, M. Füzulinin “Pənbeyi dağı cünun” , Gülər Ləzgiyeva N.Gəncəvinin “Sənsiz”, İ. Nəsiminin “Dedim, dedi” qəzəlləri əsasında hazırlanmış kompozisiya təqdim  ediblər. Ardınca türk sənətçi Özgür Akçayın “Sevgi dili” filmi nümayiş olunub. Film tamaşaçılar tərəfindən maraqla izlənilib.

Baxış sayı: 322