XƏBƏRLƏR
MƏLUMAT
Səudiyyə Ərəbistanında keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
ÜMÜMİ XƏBƏRLƏR
22/02/2024 14:12

Səudiyyə Ərəbistanının Dahran şəhərində yaşayan Azərbaycan icmasının üzvləri beynəlxalq festivalda ölkəmizi təmsil ediblər.

AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycanla bağlı guşədə ziyarətçilərə ölkəmizə həsr olunmuş kitablar, məlumat broşürləri paylanıb, milli mətbəximizin nümunələri, milli xörəklərimiz, şirniyyatlarımız təqdim olunub. Yüksək zövqlə hazırlanmış milli suvenirlər iştirakçıların diqqətini cəlb edib.

Dahran Beynəlxalq Məktəbində təhsil alan azərbaycanlı şagirdlər milli rəqslərimizi ifa ediblər.

Qırxdan çox ölkənin təmsil olunduğu festivalda azərbaycanlı şagirdlərin ifaları və milli mətbəximizin nümunələri böyük maraqla qarşılanıb.

Baxış sayı: 195