XƏBƏRLƏR
MƏLUMAT
“Sənsiz” tamaşası Milli Dram Teatrının səhnəsində
ÜMÜMİ XƏBƏRLƏR
21/11/2023 16:12

Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan “Sənsiz” tamaşası noyabrın 25-26-da Akademik Milli Dram Teatrında teatrsevərlərə təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, Şıxəli Qurbanovun eyniadlı dramı əsasında səhnələşdirilən əsərin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, quruluşçu rəssamı Vüsal Rəhimdir.

Tamaşada rolları Xalq artisti Mehriban Zəki, Əməkdar artist Füzuli Hüseynov, aktyorlar İlahə Həsənova, Elçin Əfəndi, Elsevər Rəhimov və Lalə Süleymanova ifa edəcəklər.

“Sənsiz” repressiyaya məruz qalan, həyatdan və ailəsindən qoparılmış insanların dramından bəhs edir.

Baxış sayı: 266