XƏBƏRLƏR
MƏLUMAT
"Sənətin Sənətkarı" layihəsinin növbəti qonağı Əməkdar artist Almaz Ələsgərli olub
ÜMÜMİ XƏBƏRLƏR
12/03/2025 11:15

Martın 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan H.Abbasov adına Mədəniyyət Mərkəzində "Sənətin Sənətkarı" layihəsi çərçivəsində Əməkdar artist , sevilən müğənni Almaz Ələsgərli ilə görüş keçirilib.

Görüşdə mədəniyyət işçiləri, musiqisevərlər, qəsəbə sakinləri iştirak ediblər.

Əvvəlcə aparıcı sevilən müğənninin həyatı haqqında məlumat verilib, səhnə fəaliyyətindən söhbət açıb.

Daha sonra Almaz Ələsgərli "Aysel" rəqs qrupunun müşayiəti ilə sevilən mahnılarını səsləndirib, tamaşaçıların ona ünvanlanan suallarını cavablandırıb və xatirə şəkilləri çəkdirilib.

Baxış sayı: 68