XƏBƏRLƏR
MƏLUMAT
“Sən ki, ölməmisən, sağsan şəhidim” adlı söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/10/2025 11:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli kitabxana filialı 109 nömrəli tam orta məktəbdə İkinci Qarabağ müharibəsi şəhidi Məmmədov Röyad Famil oğlunun anadan olmasının 25 illik yubileyi ilə əlaqədar söhbət keçirib.

Söhbət zamanı şəhidin döyüş yolundan, qəhrəmanlığından bəhs edilib. Bildirilib ki, şəhid Röyad Famil oğlu Məmmədov 2000-ci il oktyabrın 25-də də Masallı rayonunun Mahmudavar kəndində anadan olub.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Röyad Məmmədov noyabrın 8-də Laçından Şuşaya gələn yolu ələ keçirmək uğrunda döyüşlər zamanı şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Röyad Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Baxış sayı: 31