XƏBƏRLƏR
MƏLUMAT
"Sən elə bir zirvəsən" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2023 06:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzi 221 saylı uşaq bağçası ilə birlikdə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş "Sən elə bir zirvəsən" adlı tədbir keçirib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 15 İyun - Milli Qurtuluş Gününün yaradıcısı Azərbaycan müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli lider Heydər Əliyev barədə məlumat verilib.

Mərkəzin "Cırtdan" poeziya teatrının balaca fidanları vətənə aid şeirlər söyləyiblər, 221 saylı uşaq bağçasının körpələri isə hazırladıqları rəqslər, şeirlərlə tədbirə xüsusi rəng qatıblar.

 

 

 

Baxış sayı: 280