XƏBƏRLƏR
MƏLUMAT
“Sən də hüququnu bil” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/11/2025 10:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan M.Ə.Sabir adına şəhər kütləvi kitabxanası 257 nömrəli tam orta məktəbdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı “Sən də hüququnu bil” adlı tədbir keçirib.

Tədbirdə rəsmilər, təhsil və mədəniyyət işçiləri, şagirdlər iştirak ediblər.

Əvvəlcə mövzu ilə bağlı maarifləndirici videoslayd nümayiş olunub.

Daha sonra çıxış edənlər, Fəaliyyət Planının məqsədi və uşaq hüquqlarının müdafiəsi haqqında danışıblar. Bildiriblər ki, Fəaliyyət Planı yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Baxış sayı: 17