XƏBƏRLƏR
MƏLUMAT
“Səma” rəqs ansamblı “Qızılalma” Beynəlxalq Turan Film Festivalında çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2024 12:18

Türkiyənin İzmir şəhərində “Qızılalma” Beynəlxalq Turan Film Festivalı keçirilib.

Festival Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Film Baş İdarəsi və Dövlət Arxivləri Baş İdarəsinin dəstəyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə Egey Universitetinin təşkilatçılığı ilə baş tutub.

Festivala ümumilikdə 77 ölkədən 1055 müraciət daxil olub və juri tərəfindən seçilən filmlər burada iştirak edib.

Tədbirin əsas məqsədi Türk dövlətləri və topluluqlarının kino sahəsi üzrə mütəxəssislərini bir araya gətirərək, filmlərimizin beynəlxalq səviyyədə tanıdılmasına, eləcə də mədəniyyətimizin kino vasitəsilə geniş tamaşaçılara çatdırılmasına töhfə verməkdir.

Festivalın mükafatlandırma mərasimində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət Evinin “Səma” rəqs ansamblı milli musiqilərimizlə çıxış edib.

Baxış sayı: 220