XƏBƏRLƏR
MƏLUMAT
“Səma” rəqs ansamblı “Hər birimiz bir çiçək” adlı konsert proqramı ilə çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2025 15:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət Evinin “Səma” rəqs ansamblı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Hər birimiz bir çiçək” adlı konsert proqramı ilə çıxış edib.

Tədbirdə deputatlar, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri , mədəniyyət işçiləri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Proqram çərçivəsində “Səma” rəqs ansamblı Azərbaycan və dünya xalqlarının rəqslərini təqdim edib.

Baxış sayı: 227