XƏBƏRLƏR
MƏLUMAT
“Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
17/03/2026 08:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “Bahar sevinci” adlı konsert keçirilib. Şüvəlan qəsəbə Mədəniyyət evi və Xətai rayon Mədəniyyət Mərkəzinin birgə təqdim etdiyi Novruz bayramına həsr olunmuş konsertdə “Səma” rəqs ansamblı çıxış edib.

Tədbirdə Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini, 14 saylı Xəzər - Pirallahı seçki dairəsi üzrə millət vəkili Günay Əfəndiyeva, Baş İdarənin rəisi İbrahim Əliyev, Özbəkistan, Rumıniya, Tacikistan, Türkmənistan, Meksika Birləşmiş Ştatlarının, Braziliya, Türkiyə, Qazaxıstan və Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri və nümayəndələri, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

Konsertdə “Səma” rəqs ansamblı tərəfindən Azərbaycan və Türk Dünyası ölkələrinin milli rəqsləri nümayiş olunub.

Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev və millət vəkili Günay Əfəndiyeva çıxış ediblər.

Günay Əfəndiyeva “Səma” rəqs ansamblının bədii rəhbəri Səma Sadıqovaya təşəkkürnamə təqdim edib.

Daha sonra Şüvəlan qəsəbə Mədəniyyət evi və Xətai rayon Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonda xatirə şəkilləri çəkilib, qonaqlara hədiyyələr təqdim olunub.

Baxış sayı: 19