XƏBƏRLƏR
MƏLUMAT
“Səma” rəqs ansamblı 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramında iştirak edib
ÜMÜMİ XƏBƏRLƏR
25/04/2025 10:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs ansamblı Türkiyədə qeyd edilən 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramına qatılıb, Prezident Sarayında keçirilən qala konsertdə “Azərbaycan suitası” rəqsi ilə çıxış edib.

Qala konsertdən öncə “Səma” rəqs ansamblının kollektivi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və xatirə şəkilləri çəkdiriblər.

 

Baxış sayı: 67