XƏBƏRLƏR
MƏLUMAT
“Səma” rəqs ansamblı 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramına qatılıb
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2025 17:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs ansamblı Türkiyədə qeyd edilən 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramına qatılıb.

Festival çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş “Səma” rəqs ansamblının kollektivini qəbul edib. TRT baş direktoru Mehmet Zahid Sobacı və festival iştirakçıları yürüş edərək Anıttəpədə Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsini hörmətlə anıblar.

Aprelin 23-də Prezident Sarayında keçiriləcək qala konsertdə “Səma” rəqs ansamblı “Azərbaycan suitası” rəqsi ilə çıxış edəcək.

Qeyd edək ki, Uşaq Şənliyi 1979-cu ildən etibarən hər il Türkiyə Radio Televiziya Qurumu tərəfindən təşkil edilir.

Şənlik hər il orta hesabla 30 ölkənin iştirakı ilə reallaşır.  Bu il də 23 Aprel münasibətilə rəsmi mərasimlərlə yanaşı, Türkiyənin hər guşəsində uşaqlar üçün bayram şənlikləri, yarışlar, teatr tamaşaları, konsertlər , rəsm sərgiləri və bir çox digər əyləncəli proqramlar keçirilir.

Baxış sayı: 30