XƏBƏRLƏR
MƏLUMAT
Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2025 14:15

Mayın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan konsertdə əvvəlcə məktəbin yaranma tarixindən, bugünkü fəaliyyətindən, qazandığı uğurlardan bəhs edilib.

Konsert məktəbin xalq çalğı alətləri ansamblının ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Müqəddimə” ilə açıq elan edilib.

Ardınca məktəbin istedadlı şagirdləri , qanun qrupu, xor kollektivi Tofiq Quliyevin, Arif Məlikovun, Qara Qarayevin, Frederik Şopenin, Yohans  Bramsın və digər bəstəkarların əsərlərini səsləndiriblər.

Baxış sayı: 58