XƏBƏRLƏR
MƏLUMAT
Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin uğuru
ÜMÜMİ XƏBƏRLƏR
08/12/2023 10:49

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin şagirdləri “Caspi Art”ın təşkilatçılığı ilə İsveçrədə onlayn keçirilən “Consonance” II Beynəlxalq musiqi müsabiqəsində uğurla çıxış ediblər.

Müsabiqədə məktəbin fortepiano ixtisası üzrə təhsil alan şagirdləri Qönçə Əlimova II dərəcəli diploma, Qabil Quliyev isə III dərəcəli diploma layiq görülüb.

Şagirdlərin müəllimi Gülzar Məmmədova isə sertifikatla təltif edilib.

Baxış sayı: 356