XƏBƏRLƏR
MƏLUMAT
Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
30/01/2025 11:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Aişə Məmmədova “Astana Stars” Beynəlxalq Festival Hərəkatının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən “Grand Piano” müsabiqəsində uğurla çıxış edib.

Müsabiqənin nəticələrinə əsasən məktəbin II sinif şagirdi Aişə Məmmədova (müəllim Nəsirova Könül) III yerə layiq görülüb.

Baxış sayı: 362