XƏBƏRLƏR
MƏLUMAT
“Səhnədən reallığa” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2025 14:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Səhnədən reallığa” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbir kitabxananın azyaşlı oxucularının iştirakı ilə baş tutub.

Bu dəfə dünya uşaq ədəbiyyatının tanınmış və sevimli nümayəndələrindən biri olan Şarl Perronun “Qırmızı papaq” nağılı “kölgə” janrında təqdim edilib.

Daha sonra nağıl qəhrəmanları uşaqlara böyükləri dinləməyin vacibliyi və tanımadıqları insanlara qarşı davranış qaydaları haqqında tövsiyələr veriblər.

Tədbir zamanı Ş.Perronun yaradıcılığına həsr edilmiş videoçarx da nümayiş etdirilib.

Sonda uşaqlara 8 Mart – Beynəlxalq Qadınlar Günü mövzusuna həsr edilmiş rəngləmə açıqçalar verilib. Onlar açıqçaları rəngləyərək hədiyyə etmək istədikləri xanımların adlarını yazıblar.

Uşaqlara əyləncəli anlar yaşadan tədbir böyük maraqla qarşılanıb.

Qeyd edək ki, layihənin əsas məqsədi uşaqları kitabxanalara cəlb etmək və onlara mütaliəyə qarşı sevgi hissi aşılamaqdır.

Baxış sayı: 156