XƏBƏRLƏR
MƏLUMAT
“Səhnə bizimdir” adlı konsert proqramı təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
06/06/2025 11:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan “Səhnə bizimdir” adlı konsert proqramı təqdim edib.

Konsertdə məktəbin respublika və beynəlxalq müsabiqələr laureatlarının iştirakı ilə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri uğurla səsləndirilib.

Qeyd edək ki, şagirdləri Samir Əsədovun dirijorluğu ilə “Cadenza” orkestri müşayiət edib.

Konsertin sonunda məktəbin birləşmiş xoru və xalq çalğı alətləri ansamblının təqdimatında A.Səmədzadənin “Azərbaycan” mahnısı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Baxış sayı: 123