XƏBƏRLƏR
MƏLUMAT
“Sayrışan ulduzlar ” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2025 19:38

Martın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçığı ilə Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində Əməkdar müəllim Səidə Göyçayskayanın xor sinfinin “Sayrışan ulduzlar” adlı hesabat konserti keçirilib.

8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsertdə kiçik, orta yaş kateqoriyasından olan qruplar, “Ulduzlar” vokal qrupu , “Qloria” birləşmiş xoru çıxış edərək, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

 Konsert dinləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Baxış sayı: 203