XƏBƏRLƏR
MƏLUMAT
“Sağlam həyat, sağlam gələcəkdir!” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/04/2025 16:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Zirə qəsəbə Mədəniyyət Mərkəzində narkomaniya mövzusunda “Sağlam həyat, sağlam gələcəkdir!” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə 120 nömrəli tam orta məktəbin şagirdləri izləyici kimi iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, narkomaniyadan uzaq durmaq, ayıq-sayıq olmaq, doğru informasiya ilə silahlanmaq, ailə-dövlət-məktəb üçbucağında möhkəm dayaq tapmaq gəncliyi qorumağın əsas yoludur.

Tədbirdə məktəblilərə narkomaniyadan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün məsləhətlər verilib. 

Daha sonra mövzu ilə bağlı suallar ünvanlanıb, düzgün cavab verənlərə isə Mədəniyyət Mərkəzi tərəfindən hədiyyələr təqdim olunub.

Baxış sayı: 33