XƏBƏRLƏR
MƏLUMAT
“Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2025 16:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Heydər Əliyev Parkında “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi təşkil edilib. 

Sərginin təşkil edilməsində  əsas məqsəd cəmiyyət arasında sağlam həyat tərzinin təbliği, xüsusilə gənc nəslin sağlam və zərərsiz vərdişlərlə formalaşmasının təşviqi, ictimaiyyətin bu istiqamətdə maarifləndirilməsinə dəstək göstərməkdir.

Tədbir çərçivəsində idmanın insan sağlamlığına təsiri, fiziki aktiv həyat tərzinin əhəmiyyəti, eləcə də zərərli vərdişlərin – narkomaniya, alkoqolizm və tütün istifadəsinin – insan orqanizminə və cəmiyyətə vurduğu dağıdıcı təsirlər barədə geniş məlumat verilib.

Baxış sayı: 31