XƏBƏRLƏR
MƏLUMAT
“Sağlam gənclik, sağlam gələcək” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2023 01:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və Suraxanı Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Sağlam gənclik, sağlam gələcək” adlı tədbir keçirilib.

Tədbirdə dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışılıb.

Sonra narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin keçirilməsində əsas məqsəd  yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyatı üçün zərərli olan vərdişlərdən uzaqlaşdırmaq, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılmasıdır.

Baxış sayı: 245