XƏBƏRLƏR
MƏLUMAT
"Sağlam gələcək naminə, narkomaniyaya yox deyək" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/11/2025 15:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan R.Axundov adına Mədəniyyət evində "Sağlam gələcək naminə, narkomaniyaya yox deyək" adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, Buzovna qəsəbəsində yerləşən tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər narkomanlığın cəmiyyətə və insan sağlamlığına vurduğu zərərdən, bəşəriyyətin bəlasına çevrilmiş narkomaniyadan qorunmağın və onunla mübarizə aparmağın vacibliyini diqqətə çatdırıblar.

Daha sonra gənc idmançılar səhnədə öz bacarıqlarını nümayiş etdirərək, bir sıra idman nömrələri təqdim ediblər.

Baxış sayı: 16