XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 1 saylı filialında “Şərqin ilk Demokratik Respublikası” başlıqlı sərgi təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2019 16:54

Mayın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 1 saylı filialında “28 May Respublika Günü”nə həsr olunmuş “Şərqin ilk Demokratik Respublikası” başlıqlı sərgi təşkil olunub.

28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Bu respublika, azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Kitabxananın şöbə müdiri Lalə Məhərrəmova oxucuları cümhuriyyət tarixindən bəhs edən kitablardan təşkil olunmuş sərgi ilə tanış edib.

Baxış sayı: 58510