XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-də “Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
02/08/2024 17:50

Avqustun 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir təşkil edilib.

Tədbirdə yazıçı-publisist Tağıyev Şamil Ənvəroğlu, bədii qiraətçi Abdullayev Əlizamin və digər qonaqlar iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, Azərbaycançılıq ideologiyası hər bir azərbaycanlının milli istinad və qürur mənbəyidir. Dövlətimizin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir. Azərbaycançılıq ideologiyasının sistemli şəkildə təbliği gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da müstəsna əhəmiyyət kəsb edir.

Sonda vətən mövzusunda şeirlər səsləndirilib.

Baxış sayı: 236