XƏBƏRLƏR
MƏLUMAT
S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin sinif konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/05/2025 12:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi İsmayıl Cəfərovun Üzeyir Hacıbəylinin ev-muzeyində sinif konserti keçirilib.

Konsert Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi və 28 may – Müstəqillik Gününə həsr olunub.

Çıxış edənlər 28 may – Müstəqillik Günü haqqında məlumat veriblər. Daha sonra bildiriblər ki, Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir.

Konsertdə şagirdlərin ifasında bir birindən maraqlı ifalar səsləndirilib.

Baxış sayı: 69