XƏBƏRLƏR
MƏLUMAT
S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
03/08/2023 03:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi dünya şöhrətli pianoçu, Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva adına XVIII Beynəlxalq Musiqi müsabiqəsində iştirak edib.

14-21 yaş kateqoriyası üzrə keçirilən onlayn müsabiqədə IV sinif şagirdi İbrahim Zeyniyev (müəllim Ənvər Həsənov, konsertmeyster Şəfəq Qafarova) Xalq çalğı alətləri ifaçılığı nominasiyasında I yerə layiq görülüb.

1996-cı ildən etibarən təşkil edilən Adilə Əliyeva adına beynəlxalq müsabiqə Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarır, onları tanıdır və təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır.

Xatırladaq ki, Adilə Əliyeva Bakı şəhərində anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbini və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, yaradıcılığı ilə bağlı 30-dan artıq disk buraxılıb.

Baxış sayı: 361