XƏBƏRLƏR
MƏLUMAT
S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2023 02:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbində “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amildir. Azərbaycanda narkomaniya ilə mübarizə davamlı xarakter daşıyır. Bu məsələdə hər kəs barışmaz mövqe tutmalı və qətiyyətli mübarizə aparmalıdır.  

Sonra tədbir şagirdlərin ifasında maraqlı musiqi nömrələri ilə davam edib.

Baxış sayı: 317