XƏBƏRLƏR
MƏLUMAT
S. Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbi Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2024 14:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səid Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində Xalq artisti, unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Tədbirdə Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundovanın yaradıcılığından söhbət açılıb. Bildirilib ki, görkəmli bəstəkar Azərbaycan musiqisinin ustad novatorlarından olub.

Konsert zamanı məktəbin müəllim və şagirdlərinin ifasında musiqi mədəniyyətimizin inkişafı sahəsində böyük xidmətləri olmuş bəstəkarın əsərləri səsləndirilib.

Baxış sayı: 278