XƏBƏRLƏR
MƏLUMAT
S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbi 28 May- Müstəqillik Gününə həsr olunmuş konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
28/05/2024 17:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə  S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbi 28 May- Müstəqillik Gününə həsr olunmuş konsert keçirib.

Konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə baş tutub.

Konsertdə Xalq artistləri tarzən Ramiz Quliyev, Ağaverdi Paşayev,Yusif Axundzadə, Əməkdar artist Aybəniz Haşımova ,rəsmilər, mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar  iştirak ediblər.

Məktəbin şagirdləri konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə səsləndiriblər.

Baxış sayı: 446