XƏBƏRLƏR
MƏLUMAT
S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
01/12/2023 16:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri İtaliyada onlayn keçirilən “Sanremo” Beynəlxalq festival-müsabiqəsində uğurla çıxış ediblər.

Müsabiqədə məktəbin fortepiano ixtisası üzrə təhsil alan VII sinif şagirdləri Azərin Şirinova (müəllim M.Səfərova) l dərəcəli diplomla, Xədicə Əhmədova (müəllim: Nərminə Əliyeva) isə lll dərəcəli diplomla laureat adına layiq görülüblər.

Baxış sayı: 113