XƏBƏRLƏR
MƏLUMAT
S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğurları
ÜMÜMİ XƏBƏRLƏR
02/04/2024 11:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan S.Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi “Astana Stars” Beynəlxalq Festival Hərəkatı çərçivəsində keçirilən müsabiqə-festivallarda uğurla iştirak edib.

Məktəbin fortepiano ixtisası üzrə təhsil alan Vl sinif şagirdi Nəzrin Muradzadə (müəllim Röya Məcidova) Qazaxıstanda onlayn keçirilən “Euro Music Festival” adlı II Beynəlxalq incəsənət müsabiqə-festivalda uğurla çıxış edərək I dərəcəli laureat adına layiq görülüb. 

Həmçinin məktəbin “Xarı Bülbül” instrumental ansamblı (ansamblın rəhbəri: Elçin Dadaşev) Bakıda keçirilən “Azerbaijan Grand Festival” adlı I Beynəlxalq incəsənət müsabiqə-festivalda çıxış edərək I dərəcəli laureat adını qazanıb və kubokla təltif olunub.

 

Baxış sayı: 149