XƏBƏRLƏR
MƏLUMAT
Rusiyalı pianoçu Bakı Musiqi Akademiyasında ustad dərsi keçib
ÜMÜMİ XƏBƏRLƏR
24/06/2024 10:06

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 22-26 iyun tarixlərində ölkəmizdə keçirilən Rusiya Mədəniyyəti Günləri çərçivəsində rusiyalı pianoçu Aleksey Melnikovun ustad dərsi olub.

İyunun 23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gerçəkləşən ustad dərsində A.Melnikov öz bilik və təcrübəsini pianoçu tələbələrlə bölüşüb. Gənclərin suallarını cavablandıran tanınmış ifaçı onlara öz tövsiyələrini verib.

 

Baxış sayı: 97