Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Latviyadakı səfirliyimizin və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Riqadakı Dekorativ İncəsənət və Dizayn Muzeyində xalçalarımızdan ibarət “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı sərgi açılıb.
Bu barədə AZƏRTAC-a “Azərxalça”-dan bildirilib.
Sərginin açılış mərasimində çıxış edən Latviyadakı səfirimiz Elnur Sultanov bildirib ki, 2024-cü il ərzində Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və bu əlamətdar hadisə münasibətlə xalqımız tərəfindən əsrlər boyu qorunub saxlanılmış milli xalçaçılıq sənətinin gözəl nümunələrinin bu gün Riqada ilk dəfə nümayişi sevindirici haldır. Səfir hazırkı sərginin keçirilməsini ölkələrimiz arasında qurulmuş fəal mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini söyləyib. O, sərgidə qonaqlara təqdim olunan Azərbaycan tar ifasını tədbirə xüsusi rəng qatdığını və Azərbaycan xalçaçılıq və tarın hazırlanma və ifaçılıq sənətlərinin UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edildiyini qeyd edib. E.Sultanov Azərbaycanın xalçaçılıq sənətini Latviyada daimi əsasda nümayiş etdirilməsi məqsədilə “PAŞA Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti və “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə "Azərxalça" tərəfindən müasir üslubda toxunulmuş üç xalçanın Latviyanın Dekorativ İncəsənət və Dizayn Muzeyinə hədiyyə edilməsini Azərbaycan mədəniyyətinin Latviyada təbliğinə vacib töhfə verəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin yaradıcı qrupu və İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, Azərbaycan hər zaman milli mənəvi dəyərlərinə yüksək qiymət verərək öz mədəniyyətini bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və xalqımızın rəmzinə çevrilmiş sənətlərdən biridir.
Sərgidə həmçinin Latviya Mədəniyyət Nazirliyinin parlament katibi Aqnese Latse, Dekorativ İncəsənət və Dizayn Muzeyinin rəhbəri İnese Baranovska və Latviya Milli İncəsənət Muzeyinin kolleksiyalar üzrə direktor müavini İveta Derkusova çıxış ediblər.
Onlar unikal xalça kolleksiyasının sərgidə nümayişini Latviyanın mədəni həyatında vacib hadisə olduğunu söyləyib və “PAŞA Holdinq” MMC və “PAŞA Bank” ASC tərəfindən Dekorativ İncəsənət və Dizayn Muzeyinə hədiyyə edilən üç xalçaya görə təşəkkürlərini bildiriblər. Həmçinin qeyd olunub ki, Azərbaycan və Latviya ornamentləri arasında rast gəlinən oxşarlıqlar diqqəti cəlb edir və bu oxşarlıqlar hər iki ölkənin mədəniyyətinə təsir göstərmiş qarşılıqlı mədəni əlaqənin əksidir. Latviyanın görkəmli rəssamı və etnoqrafı Yuliy Straumenin bu il anadan olmasının 150 illiyinin qeyd olunduğu və vaxtı ilə ölkəmizə səyahət edərkən onun tərəfindən toplanılmış unikal xalça naxışlarından ibarət əl işlərinin sərgidə nümayişinin ölkələrimiz arasındakı dərin mədəni əlaqələri təcəssüm etdiyi vurğulanıb.
Natiqlər sərginin Latviya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanacağına və iki ölkə arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayacağına inamlarını bildiriblər.
Tədbirdə Latviya Hökuməti və Parlamentinin üzvləri, diplomatik missiyaların rəhbərləri, yerli mədəni, ictimai və mətbuat dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Xalçalarla yanaşı sərgidə böyük ekran vasitəsilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub və Azərbaycan xalça toxucusu əyani şəkildə iştirakçıları toxuma prosesi ilə tanış edib.
Qeyd edək ki, sərgidən əvvəl “Azərxalça” ASC-nin İdarə heyəti sədri Emin Məmmədov və yaradıcı direktor Əsmər Babayeva Latviya Rəssamlıq Akademiyasında Azərbaycan xalçaçılığı üzrə təqdimat keçiriblər. Təqdimatda Azərbaycan xalçaçılıq sənəti və məktəblərindən söz açılıb.
Tədbir zamanı, həmçinin Cəmiyyətin toxucusu əyani şəkildə iştirakçıları toxuma prosesi ilə tanış edib.





- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib