XƏBƏRLƏR
MƏLUMAT
Rəsul Rzanın ev muzeyində görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/12/2025 16:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rəsul Rzanın ev muzeyində filologiya üzrə fəlsəfə doktoru, yazıçı Pərvin Nurəliyevanın təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə görüş keçirilib.

Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin tələbələri iştirak ediblər.

Əvvəlcə tələbələr muzeyi ziyarət edərək yaxından tanış olublar . 

Daha sonra Anar Rzayev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyli haqqında xatirələrindən danışıb, ailəsinə dair maraqlı hadisələri görüş iştirakçıları ilə bölüşüb.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Sonda Anar Rzayev tələbələrin təqdim etdiyi kitabları imzalayıb və xatirə şəkilləri çəkdirilib.

Baxış sayı: 11