XƏBƏRLƏR
MƏLUMAT
Rəssam və heykəltəraş Mir Teymur Məmmədovla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2023 07:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanasının əməkdaşları keramika ustası, rəssam və heykəltəraş Mir Teymur Məmmədovla onun İçərişəhərdəki evində görüş keçiriblər.

Görüş zamanı heykəltəraş Mir Teymur Məmmədov hazırladığı sənət əsərlərində ən çox qədim türk tamqalarına yer verdiyini və  əsərlərini  98 müxtəlif  gil növündən hazırladığını vurğulayıb. Keramikadan hazırlanmış “Xocalı”, “Yeddi günah”, “Şan-şöhrət sevən”, “Üç dialoq”, “Tanrı nişanları”, “Qadın falos”, “Reaksiya”, “Böhtan” və digər kompozisiyalar diqqəti daha çox cəlb edib.

 

Baxış sayı: 252