XƏBƏRLƏR
MƏLUMAT
Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2026 09:39

Aprelin 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış aktyor və kinorejissor Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub.

Film nümayişində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri və 13 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

İlk olaraq iştirakçılar Mərkəzin ekspozisiya bölməsi ilə tanış olublar.

Mərkəzin əməkdaşı Mayrux Cavadova film nümayişindən öncə aktyorun həyat fəaliyyəti haqqında məlumat verib . Bildirilib ki, Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal - Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Aktyorun ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Onun hələ 12 yaşında "Ögey ana" filmində canlandırdığı İsmayıl obrazı bu gün də tamaşaçılar tərəfindən sevilərək izlənilir. 46 illik qısa, lakin məhsuldar ömründə Ceyhun Mirzəyev həm aktyor, həm də rejissor kimi milli kinomuzda silinməz iz qoyub.

Görkəmli aktyor Ceyhun Mirzəyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iştirakçılar Ögey ana" filmini izləyiblər.

 

Baxış sayı: 18