XƏBƏRLƏR
MƏLUMAT
Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində Korrupsiyaya qarşı mübarizə mövzusunda görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/11/2025 17:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin kollektivinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Mədəniyyət Nazirliyinin 2025-ci il üçün təsdiqlənmiş İş Planına uyğun olaraq Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi mövzusunda görüş keçirilib.

Görüşdə çıxış edənlər vurğulayıblar ki, korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri ictimaiyyətin məlumatlılığının artırılması, şəffaflığın gücləndirilməsi və vətəndaş dəstəyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Baxış sayı: 314