XƏBƏRLƏR
MƏLUMAT
"Rənglər dünyası" adlı rəsm sərgisi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
25/04/2025 09:39

Aprelin 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145 illiyinə həsr olunmuş "Rənglər dünyası" adlı rəsm sərgisi nümayiş olunub.

Sərgidə Yasamal rayon tam orta məktəblərin istedadlı şəgirdləri öz rəsm əsərləri ilə çıxış ediblər.

İlk olaraq sərgiyə baxış keçirilib.

Tədbirdə Ə.Əzimzadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Daha sonra Xalq rəssamının rəsm əsərlərindən ibarət videoçarx nümayiş edilib.

Çıxış edənlər rəssamın yaradıcılıq yolundan , sənətkarın irsindən bəhs ediblər. Sərgidə iştirak edən şagirdlərin əl işlərini yüksək qiymətləndirərək onlara yaradıcılıq uğurları arzulayıblar. Belə sərgilərin uşaqların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonda sərgidə iştirak edən şagirdlərə Mədəniyyət Mərkəzi tərəfindən diplom təqdim olunub. 

 

Baxış sayı: 40